• $
  • £

Azərbaycan sülh sazişi ilə bağlı şərhlərini Ermənistana təqdim edib - XİN rəsmisi

Azərbaycan sülh sazişi ilə bağlı şərhlərini Ermənistana təqdim edib - XİN rəsmisi
13.09.2023 15:16
"Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib. Bu barədə Report agentliyi  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadəyə istinadan yazıb.
 
O bildirib ki, Ermənistan mətbuatının yaydığı bu məlumatlar həqiqəti əks etdirmir və Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır.
 
Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə "France-Press"ə müsahibəsində vurğulayıb ki, sülh müqaviləsi imzalanmayana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.

Azərbaycan prezidenti İlham Əliyev isə Şuşada keçirilən sonuncu Qlobal Media Forumda söyləyib ki, bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını real hesab edir.

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanat ilə dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Hazırda sülhməramlıların fəliyyətinin 2 il yarımı bitib. Bu dövrdən sonra Azərbaycan Ermənistanla  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri gedir. 
 
 
Gülnar 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 13:26
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
XİN: 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır
Siyasət 08:47
XİN: 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
Siyasət 08:44
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 22:58
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Siyasət 19:52
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Siyasət 15:09
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol