• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

“Rusiya artıq öz əməllərinin cəzasını çəkməyə başlayıb”

“Rusiya artıq öz əməllərinin cəzasını çəkməyə başlayıb”
06.03.2014 20:10
ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edirlər ki, Rusiya Ukraynadakı hərəkətlərinə görə artıq əvəz ödəməyə (itkilərə məruz qalmağa) başlayıb.APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə iki lider arasındakı telefon danışığına dair Ağ Evin yaydığı açıqlamada deyilir. Hər iki lider Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmasından ciddi narahatlığını ifadə edib. Onların fikrincə, hazırkı vəziyyət qəbuledilməzdir. “Moskva artıq öz hərəkətlərinin əvəzini ödəməyə başlayıb, Rusiyadakı investisiya mühitinə inam azalıb”, - deyə açıqlamada bildirilir. Britaniya baş nazirinin dəftərxanası da Kemeron və Obamanın telefon danışığı ilə bağlı rəsmi məlumat yayıb. Məlumata əsasən ABŞ prezidenti və Britaniyanın hökumət başçısı razılaşıblar ki, Rusiyanın Ukraynada bundan sonrakı istənilən hərəkətinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində birgə işin davam etdirilməsi zəruridir. Qeyd edilib ki, hazırkı vəziyyət qəbul edilə bilməz, çünki Rusiya öz hərbçilərini Ukraynadan hələ geri çağırmayıb və Kiyevdəki yeni hakimiyyəti tanımaqdan imtina edir.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Dünya 23:46
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Dünya 23:19
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Almaniya Kansleri Hindistana səfər edib
Dünya 22:12
Almaniya Kansleri Hindistana səfər edib
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Dünya 21:27
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Dünya 19:55
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Dünya 19:30
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Dünya 19:00
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
Dünya 13:37
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol