• $
  • £

Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı investisiyalar 1 milyard dolları keçəcək - Əliyev

Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı investisiyalar 1 milyard dolları keçəcək - Əliyev
14.09.2023 16:35
Azərbaycan və Mərkəzi Asiya ölkələri növbəti üç il üçün 1 milyard dollardan çox məbləğdə qarşılıqlı investisiyalar barədə razılığa gəliblər.Bunu Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının Beşinci Məşvərət Görüşündə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. 

"Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayında isə artım daha 50% təşkil edib, birgə investisiya fondları yaradılıb, qarşılıqlı investisiyaların həcmi 1 milyard dollardan çox olub”, -  Azərbaycan lideri bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sənaye kooperasiyası, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma və kənd təsərrüfatı, o cümlədən pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində bir çox layihələr həyata keçirir. Mehmanxana biznesi və turizm sahəsində investisiya layihələri həyata keçirilməsinin ilkin mərhələsindədir.

Əliyev onu da qeyd edib ki, Azərbaycanda bu yaxınlarda yaradılmış Ələt azad iqtisadi zonasına Mərkəzi Asiya ölkələrindən şirkətlər maraq göstərir. 
 
Gülnar 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Dünya 18:36
ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Dünya 18:06
Moldovanın xarici işlər naziri Azərbaycana gələcək
Иран: Ормузский пролив открыт
Dünya 16:00
Иран: Ормузский пролив открыт
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol