• $
  • £

Aİ avqustda qaz istehlakını son 10 ayda ilk dəfə artırıb

Aİ avqustda qaz istehlakını son 10 ayda ilk dəfə  artırıb
15.09.2023 15:43
2023-cü ilin avqustda Avropa İttifaqı (Aİ) ölkələrinin qaz istehlakı illik müqayisədə 6,5% artaraq 17,5 milyard kubmetrə çatıb. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatına görə, eyni zamanda, keçən ay Aİ-yə boru kəməri qazı idxalı 13% azalıb, iyulda Çinin qaz istehlakı isə 12% artıb.

Yanvar-avqustda Aİ-də qaz istehlakı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,5% azalaraq 214 milyard kubmetr təşkil edib. 

"2023-cü ilin avqustunda, ardıcıl 10 aylıq azalmadan sonra, Aİ-nin qaz istehlakı illik müqayisədə 6,5% artaraq, ümumilikdə 17,5 milyard kubmetrə çatıb. Bu artım əsasən Almaniyanın sənaye sektorlarında və İspaniyada canlanma ilə bağlı olub. Bundan əlavə, ay ərzində qaz qiymətləri aşağı düşdü, bir sıra Aİ ölkələrində sənaye tələbatı əvvəlki illərdəki səviyyəyə qayıdıb.Qeyd edək ki, 2022-ci ilin avqustu qiymətlərin bütün zamanların ən yüksək həddə çatdığı və Avropada sənayenin 70%-lə dayanmasına səbəb olan ay idi. Bu müddət ərzində Avropada gübrə istehsalı dayandırılıb”, - deyə hesabatda bildirilir

2023-cü ilin birinci yarısında Azərbaycandan Avropaya qaz ixracı 8,9% artıb. 


Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə idxal olunan qazın dəyəri 3,512 milyard avro təşkil edir (illik 37,9% azalma).
 
2022-ci ildə Azərbaycan qaz ixracını 18%, yəni  22,3 milyard kubmetrədək artırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib.


2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12 milyard kubmetri Avropayadır.


Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
 
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol