Qanunsuz erməni silahlılarının Kəlbəcər və Ağdam istiqamətində növbəti təxribatının qarşısı alınıb
Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
www.anews.az