• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Bakı Sağlamlıq Mərkəzi fəaliyyətə başlayır

Bakı Sağlamlıq Mərkəzi fəaliyyətə başlayır
06.03.2014 17:00
Bakı Sağlamlıq Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq və vətəndaşları qəbul edəcək. Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, hazırda Bakı Sağlamlıq Mərkəzi işçilərinin əmrləri verilib, hazırda sənədləşmə işləri aparılır. Mərkəzin rəhbərliyinin də artıq təyin olunduğunu deyən rəis müavini qeyd edib ki, kollektiv tam formalaşandan sonra mərkəz fəaliyyət göstərəcək. R.Nağıyev əlavə edib ki, bu günün tələblərinə cavab verməyən bəzi tibb müəssisələri bağlanaraq Bakı Sağlamlıq Mərkəzinə birləşdirilib: “1 saylı Doğum evi və 4 saylı Şəhər Xəstəxanası şəhərsalma ilə əlaqədar köçürülməli idi. Həmin tibb müəssisəsi təmirsiz idi, sadəcə, hər il nazirlik tərəfindən təmir olunurdu ki, orada xəstələri qəbul etmək mümkün olsun. Bakı Sağlamlıq Mərkəzi tikiləndən sonra həmin tibb müəssisələri bağlanaraq oraya birləşdirilib. Həmin müəssisələrdə fəaliyyət göstərən işçilərin işsiz qalmaması üçün onlar öz sənədlərini təqdim edib, imtahanlara qatılıblar və buradan uğurla keçənlər Bakı Sağlamlıq Mərkəzində işə başlayacaqlar”. Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzinin açılışı yanvarın 7-də olub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə Sərəncam imzalayıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol