• $
  • £

Hikmət Hacıyev Qarabağa gedən hər iki yolun açıq olduğunu təsdiqlədi

Hikmət Hacıyev Qarabağa gedən hər iki yolun açıq olduğunu təsdiqlədi
18.09.2023 09:15
Sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəsilə humanitar yüklər Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda yola düşüb. Bu barədə Azərbaycan Prezidentinin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib. 
 
"Ağdam-Əsgəran-Xankəndi yolu açıq və işləkdir və belə də olmalıdır! Azərbaycanın prinsipial, ədalətli, qanuni, dönməz mövqeyidir! "Maskalar cırılır, reallıq qalır"! Azərbaycanda boz zonalara yer yoxdur", - Hacıyev "X" sosial hesabında yazıb. 
 
Sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın dəhlizi və Ağdam yolu ilə ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılmasını həyata keçirdiyini açıqlayıb.
 
Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu yük maşını  Ağdam rayonundan keçərək  Ağdam-Əskəran yolu ilə Xankəndinə çatdırılıb. 
 
Bundan əvvəl Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycan hər iki yoldan (red- Laçın və Ağdam yolu) Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə eyni zamanda istifadəsinə razılıb verib.
 
Azərbaycan tərəfi dəfələrlə Ağdamdan gedən magistral yol boyu rayonun erməni əhalisinin lazım olan hər şeylə təmin olunmasına hazır olduğunu bəyan edib. Artıq iki həftədən çoxdur ki, orada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımı kimi 40 ton un olan iki yük maşını saxlanılırdı. 
 
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
 
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yükdür. 
 
Çinar Axunzadə 
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
Siyasət 10:54
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
Əliyev "ŞƏT plyus" formatında iştirak etmək üçün Konqres Mərkəzinə gəlib
Siyasət 10:51
Əliyev "ŞƏT plyus" formatında iştirak etmək üçün Konqres Mərkəzinə gəlib
Azərbaycan XİN Slovakiyanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:44
Azərbaycan XİN Slovakiyanı Milli Günü münasibətilə təbrik edib
Rusiya Ermənistandakı dəmir yollarının bərpasını müzakirə etməyə hazırdır
Siyasət 10:16
Rusiya Ermənistandakı dəmir yollarının bərpasını müzakirə etməyə hazırdır
Ermənistandan Azərbaycana məhsul ixracı başlayır
Siyasət 09:53
Ermənistandan Azərbaycana məhsul ixracı başlayır
Bişkekdə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşüb
Siyasət 09:43
Bişkekdə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşüb
Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb
Siyasət 22:30
Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub
Siyasət 20:17
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub
Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
Siyasət 19:10
Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol