• $ 1.7
  • € 1.9857
  • ₽ 0.021172
  • ₺ 0.0395
  • £ 2.2883

Üç ölkə Ukrayna taxılına dair AK-nın platformasında iştirakdan imtina edib

Üç ölkə Ukrayna taxılına dair AK-nın platformasında iştirakdan imtina edib
18.09.2023 23:53
Polşa , Slovakiya və Macarıstan Avropa Komissiyasının (AK) taxıl tədarükü məsələləri üzrə koordinasiya platformasında iştirak etməmək qərarına gəliblər.

Bu barədə Polşanın PAP agentliyi Brüsseldəki mənbələrə istinadən  məlumat yayıb.

Materialda qeyd olunur ki, bu ölkələrin hökumətləri Kiyevdən gələn təhdidlərə görə bu qərarı veriblər . Xüsusilə, söhbət Ukrayna hakimiyyətinin qonşu dövlətlərin taxıl embarqosunun müddətinin uzadılması ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət etmək niyyətindən gedir.

"Polşa, Macarıstan və Slovakiya ehtiyatlı davranaraq platformadan çıxırlar”, – yazıda deyilir.

Agentliyin məlumatına görə, Avropa dövlətləri koordinasiya platformasının işi çərçivəsində hər hansı məlumatı Ukrayna ilə bölüşməkdən çəkinirlər. Budapeşt , Varşava və Bratislava istisna etmirlər ki, Kiyev ÜTT-dəki proseslər zamanı əldə etdiyi məlumatlardan istifadə edə bilər.

Eyni zamanda, platformanın işində ilkin olaraq AK və daha altı ölkənin nümayəndələri iştirak ediblər. Bunlara Ukrayna, Rumıniya , Bolqarıstan , Polşa, Slovakiya və Macarıstan daxildir.

Sentyabrın 15-də Avropa Komissiyası Ukraynanın kənd təsərrüfatı məhsullarının regional birlik ölkələrinə ixracına qoyulan qadağanı aradan qaldırmaq barədə qərar qəbul edib . Eyni zamanda, Kiyev hakimiyyəti üç gün ərzində xaricə taxıl ixracına nəzarəti nəzərdə tutan fəaliyyət planı hazırlamağa söz verib.

Lakin hadisələrin bu inkişafı Polşaya yaraşmadı və o, müstəqil olaraq Ukrayna taxılına embarqonu uzatdı . Daha sonra Slovakiya və Macarıstan da eyni addımı atdılar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
Dünya 12:07
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
İranda etirazlar davam edir
Dünya 10:15
İranda etirazlar davam edir
Tramp Ağ Evdə Kolumbiya prezidenti ilə görüşəcək
Dünya 23:45
Tramp Ağ Evdə Kolumbiya prezidenti ilə görüşəcək
BƏƏ İrana uçuşları ləğv edib
Dünya 23:10
BƏƏ İrana uçuşları ləğv edib
Rza Pəhləvi Trampa çağırış edib
Dünya 23:00
Rza Pəhləvi Trampa çağırış edib
Rubio və Rütte Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə tənzimlənməsini müzakirə ediblər
Dünya 22:15
Rubio və Rütte Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə tənzimlənməsini müzakirə ediblər
Tbilisidə ticarət mərkəzində yanğın baş verib
Dünya 21:38
Tbilisidə ticarət mərkəzində yanğın baş verib
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Karakasa gedib
Dünya 20:56
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Karakasa gedib
İmamoğlunun həbs müddəti uzadıllb
Dünya 20:35
İmamoğlunun həbs müddəti uzadıllb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol