• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Bank Respublika müasir konseptli Şabran filialını istifadəyə verdi!

Bank Respublika müasir konseptli Şabran filialını istifadəyə verdi!
19.09.2023 09:59
Ölkəmizdə geniş filial şəbəkəsinə malik banklarından biri olan Bank Respublika, xidmətlərinə olan tələbatı nəzərə alaraq və müştərilərə göstərilən xidmət keyfiyyətini artırmaq məqsədilə Şabran şəhərində sayca 37-ci xidmət nöqtəsini istifadəyə verdi. 

Geniş ərazidə yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. 
Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Qeyd edilib ki, Bankın strateji inkişaf proqramında həm yeni filialların açılışına, həm də mövcud olan filialların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

 "Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 34 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol