• $
  • £

ABB beynəlxalq “SIBOS-2023” sərgi-konfransında

ABB beynəlxalq “SIBOS-2023” sərgi-konfransında
19.09.2023 12:59
Sentyabrın 18-dən Toronto şəhərində ənənəvi SIBOS sərgi-konfransı başlanıb. Tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). 

"SIBOS-2023” sərgi-konfransına Cənubi Qafqaz regionunun ən böyük maliyyə qurumlarından olan ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev, İdarə Heyəti sədrinin müavini Nəbi Əliyev, Baş direktor Fuad İslamov və Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir.

SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb.

"SIBOS–2023” çərçivəsində ABB nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. ABB-nin yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat verəcək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol