• $
  • £

Bu il Azərbaycanda inflyasiya ilə bağlı proqnozlar artıb

Bu il Azərbaycanda inflyasiya ilə bağlı proqnozlar artıb
20.09.2023 10:08
2023-cü ildə Azərbaycanda inflyasiyanın 10 % olacağını proqnozlaşdırılır. Bu barədə Asiya İnkişaf Bankının (ADB) "Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilib.

Bildirilir ki, bu, ADB-nin aprel proqnozu ilə müqayisədə 3 faiz bəndi çoxdur.

Bank gələn il isə Azərbaycanda inflyasiyanın 8,5 % olacağını gözləyir ki, bu da əvvəlki proqnoza nisbətən 2 faiz bəndi çoxdur.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 10,6 % (əvvəlki proqnoza nisbətən 0,3 faiz bəndi çox), gələn il isə 8 % (0,5 faiz bəndi çox) olacağını proqnozlaşdırır.
 
Azərbaycanda orta illik inflayasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin altı ayının hesabatına görə, Azərbaycanda inflyasiya 12,7% təşkil edib. Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür. 

2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol