Gecə boyu Şuşa atəşə tutulub - Baş Prokurorluq
Gecə boyu Şuşa iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub. Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, nəticədə strateji obyektlər zərər görüb, Şuşa şəhərinin işıqlandırılmasında fasilələr yaranıb.
"Bütün bunlar bir daha göstərir ki, erməni silahlı qüvvələri əvvəlki dövrdə olduğu kimi, mülki şəxslərə qarşı terror cinayətlərini davam etdirir. Qeyd olunan faktlarla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanmaqla istintaq aparılır, əməkdaşlarımız hazırda cinayət işləri üzrə mümkün istinatqa hərəkətlərini həyata keçirir, ilkin sübutları toplayır"", Zeynaov bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq