• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Türkiyə MN Azərbaycanı Qarabağdakı uğurları münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Qarabağdakı uğurları münasibətilə təbrik edib
21.09.2023 13:35
Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​azərbaycanlı həmkarı Zakir Həsənovu Qarabağdakı əməliyyatın "uğurla başa çatması” münasibətilə təbrik edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin saytında məlumat verilib.
 
"Cənab Gülər ​​Azərbaycanın müdafiə nazirini antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə təbrik edib və Türkiyənin hər zaman olduğu kimi Azərbaycanın yanında olduğunu qeyd edib”, -  nazirliyin mətbuat xidmətindən bildirilib.

Departamentdən verilən məlumata görə, Həsənov Gülərə "Azərbaycanın Qarabağ bölgəsində qısa müddətdə bütün istiqamətlərdə lokal antiterror tədbirləri zamanı əldə edilən hərbi uğurlardan” danışıb. Bildirilir ki, görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Bundan əvvəl Azərbaycan və Türkiyə prezidentləri Qarabağda münaqişəyə son qoyulmasını müzakirə ediblər.
 
Sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağda "antiterror əməliyyatı”na başladığını elan edib. Sentyabrın 20-də Bakı və Qarabağ Rusiya sülhməramlılarının köməyi ilə atəşkəs haqqında razılığa gəliblər. Müqaviləyə uyğun olaraq, Qarabağın silahlı birləşmələri buraxılacaq, onun ağır texnikası çıxarılaraq təhvil veriləcək. Eyni zamanda, bu prosesin həyata keçirilməsinə Rusiya sülhməramlı missiyası nəzarət edəcək.
 
Hazırda Yevlaxda Azərbaycan və separatjı rejim nünayəndələri ilə görüş keçirilir. 
 
Gülnar 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol