Sülh müqaviləsində Rusiyanın müəyyən rolu olmalıdır - Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının vaxtı barədə danışmağı tez hesab edir.
O, bu barədə jurnalistlərə açıqlaması zamanı danışıb.
"İndi çətin ki, kimsə sülh müqaviləsinin bağlanması vaxtını göstərməyi öhdəsinə götürsün, lakin nəzərə alsaq ki, Qarabağın məxsusluğu məsələsi həll olunub, onda demək olar ki, mühüm irəliləyiş əldə olunub”, - Kremlin sözçüsü bildirib.
Peskov deyib ki, bu razılaşma üzərində işin yekunlaşmasına qədər çoxlu texniki məsələlər qalıb:
"Ancaq bunun üçün bütün ilkin şərtlər mövcuddur və yaxşı niyyət olsa, finişə çatmaq mümkün olacaq. Biz düşünürük ki, istənilən halda bu, Azərbaycan və Ermənistan xalqlarının, Qarabağda yaşayan və yaşayacaq ermənilərin maraqlarına uyğun olacaq”.
Peskov Ermənistan və Azərbaycan arasında sülh müqaviləsindən söhbət getdiyinə diqqət çəkib və bildirib ki, Rusiya bu prosesdə birbaşa iştirak edə bilməz:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox