Sosial müdafiə və sosial təminat xərcləri artırılır
2024-cü il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 542,2 milyon manat ayrılması proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Cari ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər 4 315 933 969 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün müdafiə və sosial təminat üzrə xərclər 5 faiz artırılır.
2024-cü il üçün dövlət büdcəsi xərcləri 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiq edilib.
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. Bu da 2021-ci ildən 30% azdır.
Maliyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft və qaz sektorundan gəlirləri 15 milyard 278,8 milyon manat (proqnozun 111,8 faizi, 2021-ci illə müqayisədə 2 milyard 418,8 milyon manat və ya 18,8% artım) təşkil edib.
Neft və qaz gəlirləri 15 milyard 381,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 155,8 milyon manat və ya 1% azdır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox