Ermənistanda aksiya zamanı partiya sədri saxlanılıb

Ermənistanda aksiya zamanı polis "Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyanı saxlayıb. Bu barədə "Sputnik Armenia”ya məlumat yayıb.
Bildirilir ki, o bir qrup fəalla Saryan küçəsində maşınların hərəkətinə mane yaradıb.
Həmçinin Ermənistan məktəblərinin bir qrup şagirdi dərsi tərk edərək aksiyaya qoşulub.
Vətəndaş itaətsizliyi aksiyaları səhər tezdən başlayıb. Fəallar bir neçə küçəni bağlayıblar.
Bundan əvvəl İrəvanın Respublika meydanında çoxsaylı polis əməkdaşları yerləşdirilib və onlar hökumət binasının qarşısında canlı divar yaradıblar.
"Dağlıq Qarabağda yüz mindən çox Ermənistan vətəndaşı var. Siz onları qorumalısınız, kənardan baxmayın", - etirazçılardan biri deyib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər