• $
  • £

Bu il 1 milyon 620 min abonent qaz istifadəsi limitini keçməyib

Bu il 1 milyon 620 min abonent qaz istifadəsi limitini keçməyib
22.09.2023 16:13
2023-cü ilin yanvar-avqustunda əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 620 min abonent qaz istifadəsi limitini keçməyib. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu gün media və QHT nümayəndələri ilə keçirilən "Açıq qapı” aksiyasında bildirib.

O bildirib ki, yanvar-avqustda 794 min 143 abonent 25 qəpik tarifi ilə qazdan istifadə ediblər.
 
Cari ilin yeddi ayında əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 662 min 428 abonent olub.
 
2023-cü ilin yanvar-iyulunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 296 müraciət azalıb. 

2021-ci il oktyabrın 16-da Tarif (Qiymət) Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrə qədər və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı sektorları üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə çatdırılıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol