İrəvanda nümayişçilər Paşinyanın istefasını tələb edir

İrəvanda hökumət əleyhinə növbəti aksiya keçirilir.
Erməni mətbuatı xəbər verir ki, nümayişçilər Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Səhər saatlarından etibarən Ermənistanın paytaxtında müxtəlif küçələr bağlanılıb və mitinqlər təşkil olunub, hazırda isə minlərlə insan Respublika meydanına toplaşıb.
Nümayiş keçirilən əraziyə çox sayda polis cəlb olunub, hökumət binası mühasirəyə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər