Həbsdə olan generalın növbəti məhkəmə iclası qapalı keçiriləcək
Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və həmin idarənin zabiti Vüsal Əlizadənin Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesinin davam etdirilib.
Hakimlər yerində müşavirə edərək vəsatəti baxılmamış saxlayıb. Bildirib ki, bu məsələlərə məhkəmə istintaqında və bu sənədlərin tədqiqi mərhələsində baxılacaq.
Prokuror Fuad Musayev ittiham aktının nəticəvi hissəsini elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər 2017-2022-ci illər ərzində vəzifə saxtakarlığı edərək Müdafiə Nazirliyinin aid satılanalmaları və maliyyə xərclərin süni artırmaqla, müxtəlif şəxslərin insanların adına açılan saxta maaş kartları ilə onlara etibar edilən ümumilikdə 143 milyon manatı bir qrup şəxs halında nağdlaşdırmaqla mənimsəyərək talayıblar.
Onlara bu əməllərinə görə, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bilib.
Belə ki, general-mayor Nizami Məmmədov mənimsənilən 12 milyon manatın rəhbərlik etdiyi Maliyyə İdarəsi ilə bağlı hissəsi ilə razılaşıb və dəymiş ziyanı ödəyib.
Sabiq idarə rəisi bu hissə ilə razılaşmadığını və bu epizod üzrə verilən ittihamı qəbul etməyib.
Təqsirləndirilən şəxslərdən Vüsal Əlizadənin vəkili prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət verib.
Hakimlər bəzi ifadələrdə dövlət sirrini təşkil edən məsələlər ola biləcəyi səbəbindən təqsirləndirilən şəxslərin ifadə verməsi hissənin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib.
Proses sentyabrın 29-da davam edəcək.
Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib, yüksək vəzifəli maliyyə xidmət rəisləri ilə yanaşı, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilib.
Cinayət işi üzrə dövlətə dəymiş ziyan 143 milyon manata yaxındır. İbtidai istintaq zamanı iş üzrə dəymiş zərərin 40 milyon manatı ödənilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox