Sabunçuda avtobus qəza törədib - Ölənlər var

Bu gün səhər saat 06:30 radələrində Bakının Sabunçu rayonunda yol qəzası nəticəsində 2 nəfər ölüb. Bu barədə Qafqazinfo saytı məlumat verib.
Hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən "Sünbül” Şadlıq sarayının qarşısında qeydə alınıb. Novruzov Elnur Ariz oğlunun idarə etdiyi "Opel Astra” markalı avtomobillə Səfərov Orxan Adil oğlunun idarə etdiyi 187 nömrəli marşrut avtobusu toqquşub.
Nəticədə "Opel Astra”nın sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər