• $
  • £

Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həcmi artıb

Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həcmi artıb
25.09.2023 11:00
2023-cü ilin ilk yarısında Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 122 min 49 olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 67% çoxdur. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat yayıb.

2023-cu ilin altı ayında 3-cü ölkə daşımaları üzrə Azərbaycan daşıyıcılarının həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 9,4 faiz olub.
 
AYNA-nın hesablamalarına görə, cari ilin ilk yarısında 3-cü ölkə beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 166 milyon 500 min dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Cari ilin səkkiz ayında  Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,5 % və 16 % çox olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 148,2 milyon ton yük daşıyıb. Yüklərin 4,2 %-i dəniz, 8,2 %-i dəmir yolu, 0,1 %-i hava, 5,5 %-i avtomobil nəqliyyatı, 31 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,5 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,1 % təşkil edib.

8 ayda nəqliyyatçılar 1 189,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,8 %-i avtomobil nəqliyyatı, 11,6 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb


Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
İqtisadiyyat 10:05
Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:40
Qızıl və gümüş ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:28
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:14
Dünya bazarlarında neftin qiyməti artır
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol