Baş verənləri Moskvanın üzərinə atmaq doğru deyil - Peskov
Qarabağda baş verən prosesləri Moksvanın və Rusiya sülhməramlılarının üzərinə atmaq doğru deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz bu anın emosional intensivliyini başa düşürük, lakin məsuliyyəti Rusiya tərəfinin, hətta daha çox Rusiya sülhməramlılarının üzərinə götürmək cəhdi ilə qəti şəkildə razılaşmırıq. Heç kim sülhməramlılara nəsə səhv etdiklərini deyə bilməz. Biz heç vaxt belə qınaqlarla razılaşmayacağıq. Moskva müxtəlif səviyyələrdə tərəflərlə dialoqu davam etdirir", - Peskov jurnalistlərə açıqlamasında bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Rusiya sülhməramlıları Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını başlamazdan əvvəl dayandıra bilərdilər və baş verənlərə görə onların da məsuliyyət payı var.
Bu gün Xocalıda Qarabağdakı erməni nümayəndələrlə Azərbaycan nümayəndələrinin növbəti görüşü keçirilir. Görüşün təfərrüatarı hələlik açıqlanmayıb.
Bundan əvvəlki görüş sentyabrın 21-də Yevlaxda keçirilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox