• $
  • £

Himayədar ailələrə müavinətlər proaktiv qaydada təyin olunacaq

Himayədar ailələrə müavinətlər proaktiv qaydada təyin olunacaq
25.09.2023 18:51
Övladlığagötürmə sahəsində olduğu kimi, himayədar ailə sahəsində də idarəetmə və xidmətlərin elektron infrastruktur üzərindən həyata keçirilməsi üçün "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi təkmilləşdirilib. Digər sosial ödəniş növləri kimi, himayədar ailələrə verilmiş uşağın tərbiyə edilməsinə görə həmin ailələr üçün nəzərdə tutulan müavinətlər də e-sistem üzərindən proaktiv qaydada təyin olunacaq.

Bu barədə "Himayədar ailə” institutunun tətbiqi və uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən işçi qrupun icasında bildirilib.
 
İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli "Himayədar ailə” institutunun tətbiqi mexanizminin qurulması sahəsində aparılan işləri qeyd edib.

Himayədar ailələrlə bağlı sosial dəstək mexanizminin də tətbiq ediləcəyi bildirilib. Həmin ailələrə himayəyə götürdükləri 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0-6 yaş arası uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat aylıq müavinət veriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələrin hər rübdə bir dəfə 200 manat birdəfəlik müavinətlə də təmin ediləcəyi qeyd olunub.

Bildirilib ki, "Himayədar ailə” modelinin tətbiqində əsas məqsəd valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsinə və inkişafına şərait yaratmaqdır. Bu yeni modelin ölkəmizdə tətbiqi uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsində növbəti mühüm addım olmaqla, uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır.

İclasda qeyd olunan modelin tətbiqi ilə bağlı görülmüş işlər, himayədar ailə sahəsində xidmətlərin elektron infrastruktur üzərindən həyata keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol