Azərbaycanda bu qanunlar ləğv olunur
"Haqsız
Rəqabət haqqında" və"Antiinhisar fəaliyyəti haqqında"və "Təbii inhisarlar haqqında" qanunlar ləğv olunur. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin
sədri Tahir Mirkişli sentyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib.
Bu qanunların ləğv olunması "Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda” qanun layihəsinin qəbul olunması ilə bağlıdır.
Sentyabrın 26-da Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda qanun layihəsi haqda Milli Məclisdə ictimai dinləmə keçirilib.Dinləmədə iqtisadi ekspertlər və deputatlar qanun layihəsi istiqamətində bir sıra təkliflər veriblər.
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.
Gülnar Nazimqızı
www.anews.az

Anews TV
Rəsmi Youtube kanalımız