• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

BMT missisiyası yaxın günlərdə Qarabağda yerləşə bilər - Hikmət Hacıyev

BMT missisiyası yaxın günlərdə Qarabağda yerləşə bilər - Hikmət Hacıyev
29.09.2023 10:39
BMT-nin missiyası yaxın günlərdə Qarabağda yerləşə bilər. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 
 
"Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planı var. Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyə tam zəmanət verdiyini bildirib. Biz onların qalmağını istərdik. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir. Amma biz ermənilərin hərəkət sərbəstliyini də dayandıra bilmərik. Bu, ərazidəki hər kəsin suveren və şəxsi seçimidir”, - Report Hacıyevə istinadan yazıb. 
 
Sentyabrın 28-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ yaxın günlərdə Qarabağ üzrə beynəlxalq müşahidə missiyasının təfərrüatlarını razılaşdırmaq niyyətindədir və Azərbaycanın bunu qəbul etməyə hazır olmasından şaddır. 
 
Sentyabrın 19-da Azərbaycan hakimiyyəti Qarabağda lokal əməliyyat elan edib. Bakı əməliyyatın məqsədini genişmiqyaslı təxribatların qarşısının alınması, tərksilah edilməsi və Ermənistan ordusunun bölmələrinin bölgə ərazisindən çıxarılması kimi göstərilib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub.
 
Sentyabrın 27-də Əliyev ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən deyib ki, hazırda Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası istiqaçətində danışıqlar aparır.
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BayramovSəudiyyə Ərəbistana rəsmi səfərə gedib
Siyasət 10:14
BayramovSəudiyyə Ərəbistana rəsmi səfərə gedib
Qarabağın 3 rayonunda bayraqlar yarıyadək endirilib
Siyasət 09:55
Qarabağın 3 rayonunda bayraqlar yarıyadək endirilib
Xocalı faciəsindən 33 il keçir
Siyasət 09:07
Xocalı faciəsindən 33 il keçir
XİN xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Siyasət 22:15
XİN xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Prezident xocalı ilə bağlı paylaşım edib
Siyasət 21:20
Prezident xocalı ilə bağlı paylaşım edib
Hikmət Hacıyev Türkiyədə Hakan Fidanla görüşüb
Siyasət 20:48
Hikmət Hacıyev Türkiyədə Hakan Fidanla görüşüb
Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib
Siyasət 11:30
Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol