• $
  • £

Səkkiz ayda istehlakçılara 461 milyon manat ƏDV geri qaytarılıb

Səkkiz ayda istehlakçılara 461 milyon manat ƏDV geri qaytarılıb
29.09.2023 13:41
2023-cü ilin səkkiz ayında istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 99,7 milyon manatı geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
 
Qaytarılmış vəsaitin 70,3 faizi nağdsız, 29,7 faizi isə nağd qaydada alınmış mallara görə ödənilmiş ƏDV məbləğidir.

Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün "edvgerial.az” portalında 2,4 milyona yaxın istifadəçi qeydə alınıb. "ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci ilin 1 sentyabr tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1 milyarddan çox kassa çeki üzrə 461,2 milyon manat ƏDV məbləği geri qaytarılıb.

İndiyədək Dövlət Vergi Xidməti tərəfindən ölkə ərazisində 93 min ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. 
 
Bu günə qədər Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə 4 761 müraciət üzrə 17,2 milyon manata yaxın ƏDV məbləği vətəndaşlara geri qaytarılıb.
 
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,6 % artaraq 241,928 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,6 % artaraq 728,408 milyon manat, aksizlər üzrə daxilolmalar 66 % artaraq 29,761 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 4,8 % artaraq 8,793 milyon manat olub.
 
2022-ci ildə  Dövlət Gömrük Komitəsində  694-ü cinayət xarakterli olmaqla  28 475 hüquqpozma faktı,694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edilib.

Bundan sonra vergi orqanından vəsaitin köçürülməsi barədə müvəkkil banka sorğu daxil olduqda vəsaitlər fiziki şəxsin müvəkkil bankda olan virtual "ƏDV Geri Al” hesabına köçürülür, bank məlumatlarının daxil edilməsinə zərurət yaranmır. Müvəkkil bankda virtual "ƏDV Geri Al” hesabı olmayan vətəndaşlar isə ərizə ilə müraciət edərkən müvafiq link vasitəsilə həmin hesabı yarada biləcəklər.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
İqtisadiyyat 17:32
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Unibank Şirvanda yeni filialını açıb
İqtisadiyyat 16:27
Unibank Şirvanda yeni filialını açıb
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
İqtisadiyyat 15:25
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol