"Azərbaycan Hava Yolları" QSC-nin ixrac gəlirləri artıb
2023-cü ilin yanvar-avqustunda "Azərbaycan Hava Yolları" QSC 16,5 milyon dollar dəyərində məhsul ixrac edib. Ötən il isə bu məbləğ 4,8 milyon dollar olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Hesabatda "Azərbaycan Hava Yolları" QSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 7-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 11,7 milyon dollar 3,4 dəfə artıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox