Aİ Ukrayna üçün gələn il 5 milyard avro yardım paketi təklif edir

Mən Ukraynaya gələn il üçün 5 milyard avroya qədər yeni ikitərəfli yardım paketi təklif etmişəm.
Bu barədə Avropa ittifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kiyevdə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O vurğulayıb ki, 5 milyard avro yalnız bir il üçün nəzərdə tutulub və sonradan bu rəqəm arta bilər.
Cozep Borrell Ukrayna hərbçilərinin Aİ ölkələrində təlimlərinin davam etdiyini də xatırladıb: "Hədəfimiz qarşıdakı aylarda təlim keçən Ukrayna hərbçilərinin sayını 40 000-ə çatdırmaqdır ki, bura hərbi təyyarələr idarə edən pilotların da təlimləri daxildir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər