Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq edib

Norveç Avropa İttifaqının (Aİ) Moskvaya qarşı daha əvvəl tətbiq etdiyi 11-ci sanksiyalar paketinə qoşularaq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Sanksiyaların yeni raundu əsasən Aİ-nin 11-ci sanksiya paketinin tədbirlərinə uyğundur”, - nazirlikdən vurğulanıb.
Norveçin sanksiyalar paketi Rusiyanın hərbi və texnoloji potensialının artırılmasına və ya müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verə biləcək mal və texnologiyaların Rusiya ərazisindən tranzitinə qadağa qoyulmasını nəzərdə tutur.
Rəsmi Oslo, həmçinin anti-Rusiya sanksiyaları rejimindən yayınmaq üçün istifadə edilən ölkələrə də müəyyən malların və texnologiyaların ixracına məhdudiyyətlər qoymağa hazır olduğunu açıqlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər