Türkiyədə əməliyyat keçirilib, 90-a yaxın terrorçu saxlanılıb

Türkiyənin Şanlıurfa mərkəzli 18 şəhərində PKK/YPG terror təşkilatının özək strukturuna qarşı əməliyyat zamanı 90-a yaxın şəxs saxlanılıb. Bu barədə "Hürriyet” qəzeti məlumat yayıb.
Əməliyyatın adı "Yatan özək” olub.
Bildirilir ki, tədbir Milli Kəşfiyyat Təşkilatı (MİT), Polis İdarəsi və Şanlıurfa Respublika Baş Prokuroruğunun birgə əməliyyatıdır.
Ötən gün saat 10:30 radələrində Türkiyə Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin qarşısında iki terrorçu bombalı hücuma cəhd edib. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.
Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Sentyabrın 18-də Ankarada Fətullahçı Terror Təşkilatına qarşı əməliyyat çərçivəsində 8 nəfər yaxalanıb. Ankara mərkəzli 4 əyalətdə FETÖ terror təşkilatının gizli hərbi strukturuna qarşı əməliyyat keçirilib və 10 şübhəlidən 8-i saxlanılıb.
2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilərək çevriliş etmək istəyib.
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər