• $
  • £

“İpək Yolu Sığorta”nın xalis mənfəəti azalıb

“İpək Yolu Sığorta”nın xalis mənfəəti azalıb
04.10.2023 14:38
2023-cü ilin altı ayında "İpək Yolu Sığorta” ASC şirkətinin əsas əməliyyat gəlirləri 4 milyon 878 min manat olub, bu rəqəm ötən ilin ilk yarısında 6,49 milyon manat olub.

Bildirilir ki,  bu müddət ərzində şirkətin investisiya gəlirləri 263,2 min manat olub, bu da ötən ilə nisbətən 39,8 min manat çoxdur.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 56,8% azalaraq 2,3 milyon manata enib, sığorta ödənişləri 60,5% artaraq 89,7 min manata, işlərin aparılması xərcləri isə 10,4% artaraq 903,7 min manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 1,9 dəfə azalaraq 3,21 milyon manata enib.

2022-ci ildə "İpək Yolu Sığorta”nın maliyyə mənfəəti 21,8% azalaraq 466,9 min manat, mənfəət vergisi üzrə ödəməsi 21,8% azalaraq 93,4 min manata enib.

2023-cü ilin iyulun 1-nə "İpək Yolu Sığorta”nın cəmi aktivləri 32,2 milyon manatdan 21,5 milyon manata kimi azalıb. Şirkətin cəmi öhdəlikləri 2,6 dəfə azalaraq 6,35 milyon manata, cəmi kapitalı isə 2% azalaraq 15,19 milyon manata enib.

"İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i "ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol