Qərbin Ukraynaya silah dəstəyi azalıb

Qərb ölkələri Ukraynaya silah tədarükünü pratiki olaraq azaldıb, bu isə istehsalın yavaş olması ilə əlaqələndirilib. Bu barədə NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.
NATO Hərbi Komitəsinin rəhbəri Qərb ölkələrini silah istehsalını artırmağa çağırıb və münaqişə zamanı hərbi təchizata hazır olmayan Qərb ölkələrinin iqtisadiyyatının modernləşdirilməsinin vacibliyini vurğulayıb.
Rusiya Ukrayna müharibəsində Ukraynaya ən çox yardım edən qərb ölkələri olub. Belə ki, onlar Ukraynaya dəstək olmaq üçün həm ölkəyə silah-sursat göndərib, həm də Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Lakin buna baxmayaraq Rusiya hərbi əməliyyatları dayandırmaqdan geri çəkilməyib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər