• $
  • £

Ölkədə auditor xidmətləri üzrə müqavilələrin həcmi artıb

Ölkədə auditor xidmətləri üzrə müqavilələrin həcmi artıb
05.10.2023 12:20
Bu ilin I yarısında Auditorlar Palatasının üzvləri tərəfindən 40,818 milyon manat dəyərində 3 070 müqavilə yerinə yetirilib.

Bu barədə Auditorlar Palatası məlumat yayıb.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 37,8 % və 15,2 % çoxdur.

Hesabat dövründə yerinə yetirilmiş müqavilələrin 55,4 %-ni və ya 1 701-ni yerli auditor təşkilatları (19 % çox), 837-ni sərbəst auditorlar (3,2 % çox), 310-nu "Böyük Dördlük” (27 % çox), 222-ni isə xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları (22,7 % çox) həyata keçirib.

6 ayda yerli auditor təşkilatlarının icra etdikləri müqavilələrin həcmi 90,6 % artaraq 9,165 milyon manata, sərbəst auditorların müqavilələrin həcmi 53,8 % artaraq 3,081 milyon manata, "Böyük Dördlük”ün müqavilələrin həcmi 28,3 % artaraq 22,778 milyon manata, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatlarının müqavilələrin həcmi isə 14,4 % artaraq 5,793 milyon manata çatıb.

Yanvar-iyununda Palatanın üzvlərinin icra etdiyi müqavilənin orta qiyməti 11,1 min manatdan 13,3 min manata, o cümlədən "Böyük Dördlük”ün icra etdiyi müqavilənin orta qiyməti 72,8 min manatdan 73,5 min manata, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatlarının müqavilələrin orta qiyməti 28 min manatdan 26,1 min manata, yerli auditor təşkilatlarının müqavilələrin orta qiyməti 3,4 min manatdan 5,4 min manata, sərbəst auditorların müqavilələrin orta qiyməti isə 2,5 min manatdan 3,7 min manata çatıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
İqtisadiyyat 17:32
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Unibank Şirvanda yeni filialını açıb
İqtisadiyyat 16:27
Unibank Şirvanda yeni filialını açıb
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
İqtisadiyyat 15:25
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Siyasət 13:50
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünyada neft qiymətləri yüksəlib
İqtisadiyyat 09:24
Dünyada neft qiymətləri yüksəlib
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:13
Avro və rubl ucuzlaşıb - məzənnə
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
İqtisadiyyat 16:33
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol