• $
  • £

İran Zənzəgur dəhlizinin açılmasını istəmir - SƏBƏB/Şərh

İran Zənzəgur dəhlizinin açılmasını istəmir - SƏBƏB/Şərh
05.10.2023 23:25
İran prezidenti Ayətullah rəisi Zənzəgur dəhlizinin açılmasını region ölkərinin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Bu barədə Prezident Azərbaycan və Ermənistanın rəsmi nümayəndləri ilə görüşündə deyib. 
 
"Zəngəzur dəhlizi NATO-nun regionda mövcudluğu üçün platformadır və İslam Respublikasının qəti şəkildə qarşı çıxdığı ölkələrin milli təhlükəsizliyinə təhdiddir", - Rəisi bildirib. 

Məsələyə münasibət bildirən deputat Fazil Mustafanın fikrincə, İran görünür əvvəlki ritorikasından birdən-birə geri çəkilmək niyyətində deyil.

"Məncə, bu sadəcə İranın strateji və ya təhlükəsizlik maraqlarına zərər gətirəcək məsələ deyil. Onun əvvəlki ritorikasından birdən-birə geri çəkilmək niyyəti yoxdur. İran prinsipial bir mövqe ifadə etdiyini göstərməyə çalışır”, - deputat  deyib.

Fazil Mustafa vurğulayıb ki, Azərbaycan bütövlükdə bölgə dövlətlərinin maraqlarını müzakirə edərək Zəngəzur dəhlizinin açılmasını nəzərdən keçirir.

"Azərbaycan bütövlükdə bölgə dövlətlərinin – Çinin, Rusiyanın iqtisadi, siyasi və başqa maraqlarının hamısını müzakirə edərək belə bir prosesin aparılmasını - Zəngəzur dəhlizinin açılmasını nəzərdən keçirir”, - millət vəkili söyləyib.

Deputat qeyd edib ki, İranın məsələyə NATO kontekstində, başqa bəhanələrlə baxması doğru deyil.

"Əgər söhbət Türkiyədən gedirsə, Türkiyə İranla qonşu dövlətdir və İranla da yüksək səviyyədə iqtisadi-ticari əlaqələri var. Əgər İran hər hansı müsəlman icmasının ağır vəziyyətdə olmasını, pis vəziyyətdə yaşamasını istəmirsə, bunu mütləq açıq şəkildə söyləməlidir. Ən birinci məqsəd də NATO qüvvələri deyil. Söhbət əhalisinin hamısı müsəlman olan Naxçıvan ilə əlaqələrindən və onun blokadadan çıxarılmasından gedir. NATO kontekstindən məsələyə yanaşmaq daha doğrudur. Hər halda Azərbaycan tərəfi öz izahını verir və hesab edir ki, bu Ermənistanın suveren hüquqlarına aid məsələ kimi anlaşılmalıdı. Ermənistan özü də buna razılıq verdikdən sonra hansısa 3 cü dövlətin maneə olması mümkün görünmür”, - o deyib.

İran məsələləri üzrə ekspert Məhsa Mehdizadə hesab edir ki, İranın məsələsi sadəcə Zəngəzur dəhlizi deyil, İran Azərbaycan dövlətinin varlığını özü üçün təhlükə ayır.

"Qarabağ probleminin Azərbaycan tərəfindən Azərbaycanın hüquqlarının bərpası, mənfəəti üçün həll olunması İranı bölgədə çətin vəziyyətə salıb. İranın Ermənistana illərlə nəfəs borusu rolunu oynaması, Ermənistanın bütün terrorist və hücumçu davranışlarını dəstəkləməsi, strateji müttəfiqi olaraq Ermənistanı seçməsi apardığı yanlış siyasətin göstəricisidir. Qarabağ probleminin həll olunması İranın kabusu oldu, çünki bu onun Cənubi Qafqazda gücünü zəiflətdi. İran milyonlarla azərbaycanlının öz sərhədləri daxilində yaşamasından istifadə edərək Azərbaycanla münasiblətləri yaxşılaşdırmaq və dərinləşdirmək yerinə dövlətçilik addımları üçün Azərbaycanı özünə təhlükə olaraq gördü. Bunun əsas səbəbi, Cənubi Azərbaycan milli hərakatının İranda gedərək artması və Azərbaycanın regionda güclənməsidir”, - ekspert əlavə edib.

Mehdizadə qeyd edir ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın regiondakı gücü daha da artacaq, bu isə İranın gücünün zəifləməsinə gətirib çıxaracaq.

 "Azərbaycan və İran  sözdə nə qədər dost olduqlarını desələr də, mahiyyət etibarilə  İran Azərbaycanı öz varlığına təhlükə kimi görür və  güclənməsini istəmir. İran bilir ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Tehran kənarda qalacaq. Dəhlizin açılması yerüstü nəqliyyat ilə Türkiyə Cümhuriyyətinin Azərbaycan ilə əlaqələnməsi, Ermənistan ilə Azərbaycan və Türkiyə münasibətlərinin normallaşmasına xidmət edəcək.  Bu normallaşma Ermənistanın İrana olan ehtiyacını azaldacaq, beləliklə o İrana bağlılıqdan  qurtulacaq. Eyni zamanda Zəngəzurun açılması ilə Naxçıvan izolasiyadan azad olacaq. Naxçıvandan İran çox faydalanırdı. Dəhlizin açılması hesabına İran Naxçıvandan əvvəlki kimi faydalana bilməyəcək”, - o qeyd edib.

Mehdizadə söyləyir ki, Qarabağ müharibəsi bölgədə olan çox şeyi dəyişib və İranın bunu həzm etməkdən başqa bir yolu yoxdur. 

"Məncə, zamanla İran aqressiv davranışlarından əl çəkməyə məcbur olacaq. Azərbaycan bölgədə yüksələn bir gücdü. Azərbaycan dəhliz açılanda da gücü artmaqda olan, mərkəz və lokomotiv bir dövlətə çevriləcək. Ermənistan əhalisi  isə erməni diasporasının aləti olub ora-bura hücum etməyərək regionda yaşayanlar ilə sülh içində yaşayacaq və işğal ideyalarından əl çəkəcəklər”, - o bildirib.

Oktyabrın 3-də Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov çərşənbə axşamı axşam saatlarında Tehrana gedib. 
 
Oktyabrın 2-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Chafi deyib ki, İran Azərbaycanın Tehrandakı səfirliyinin yenidən bərpa olunmasını müzakirə etməyi planlaşdırır. 
 
İyulun 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla Zəngəzur dəhlizinin açılmasını müzakirə edib.
 
İyulun 24-də Azərbaycan lideri açıqlama verərək vurğulayıb ki, Azərbaycan ərazisində tikinti işlərinin 70% bitib və Zənzəgur dəhlizi işə salınacaq. 
 
İyulun 21-də prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşündə yaxın üç ildə 150 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qayıtmasını təmin etmək planlarını açıqlayıb.
 
İyunun 14-də Türkiyə prezidenti Ərdoğan açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı problemlər Ermənistanla bağlı deyil, İranın mövqeyi ilə bağlıdır. 
 
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. 
 
2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.

"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir", -bəyanatın 9-cu maddəsində qeyd olunub. 
 
Bəyantın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacağı vurğulanıb. 


Aygün Mirakif


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət 14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Siyasət 14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Siyasət 12:10
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol