• $
  • £

Qarabağda təhsil hansı dildə olacaq? – TƏHLİL

Qarabağda təhsil hansı dildə olacaq? – TƏHLİL
05.10.2023 23:13
Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığı almaq üçün müraciət ediblər. Bu barədə Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

"Cari il oktyabrın 2-də Qarabağda yaşayan 7 erməni sakini, oktyabrın 4-də isə 15 erməni sakini vətəndaşlıq üçün müraciət edib”, - qurumun yaydığı məlumatda bildirilib. 

Bəs görəsən Qarabağın erməni  millətindən olan əhalisi hansı dildə təhsil alacaq?
 
Deputat Ceyhun Məmmədov qeyd edib ki,  Azərbaycan Konstitusiyasında təhsil ilə bağlı bütün məsələlər öz əksini tapıb.

"Azərbaycanda 30-a yaxın xalq yaşayır. Onların hər birinin dili ilə bağlı tərəfimizdən bütün addımlar atılır. Qarabağda yaşayan erməni əsilli sakinlər Azərbaycan vətəndaşlığına keçdikdən sonra onlara əsas dil olaraq Azərbaycan dili tədris olunacaq. Eyni zamanda Erməni dili də tədrisz ediləcək. Bu fənni erməni dili bilən müəllimlər tədris edəcəklər . Erməni əsilli sakinlərin bütün tədris proqramı da Azərbaycan Təhsil Nazirliyi tərəfindən tərtib ediləcək", - Məmmədov əlavə edib.

Təhsil məsələləri üzrə ekspert Elmin Nuri bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul etmiş erməni əsilli sakinlər Azərbaycan ərazisində yaşayan digər vətəndaşlar kimi təhsil almaq hüququna malik olacaqlar. Onların övladları Qarabağ Regional İqtisadi Rayoununda təhsil alacaq, Qarabağ Regional Təhsil İdarəsinə tabe olan məktəblərdə oxuyacaqlar.

"Bizim bir rəsmi dilimiz var: O da Azərbaycan dilidir! Sadəcə, bir qisim məktəblərimizdə tədris Azərbaycan dili ilə yanaşı, həm də rus dilində tədris aparılır. Yəni,  300-dən çox məktəb Azərbaycan və rus bölmələrinə bölünür. Cəmi 17 orta ümumtəhsil müəssisəsində tədris yalnız rus dilində  keçirilir. Ölkə üzrə isə məktəblərimizin sayı 4532-dir. Yerdə qalan məktəblərdə tədris bütün ölkə üzrə Azərbaycan dilində aparıldığı kimi, Qarabağdakı ümumtəhsil müəssisələrimizdə də ana dilində aparılmalıdır.  Azərbaycan hər sahədə olduğu kimi təhsildə də multikultural dəyərlərə böyük önəm verir. Bu səbəbdən, Xankəndi, Xocalı, bir sözlə, Qarabağ iqtisadi rayonundakı erməni əsilli vətəndaşlarımızın da təhsil hüquqlarının qorunması istiqamətində  zəruri addımlar atılacaq”, - ekspert qeyd edib.

Elmin Nuri qeyd edib ki, onlar kiçik yaşdan erməni dilində təhsil aldıqları üçün yalnız Azərbaycan dili bilmək imkanı olmayan uşaqlara rus dili bölməsi açıla və erməni dilində olan məktəblər bura keçirilə bilər, lakin burada müəyyən şərtlər olmalıdır.

"İstər paytaxt Bakıda, istərsə də regionlarda rus dili bölməsi ilə bağlı bəzi şərtlər var. Həmin şərtlər orada da tətbiq olunacaq. İlk olaraq burada məktəblər tamamilə rus dilli olmamalıdır. Azərbaycanda bu rəqəm o qədər də çox deyil. Eynilə Xankəndində məktəblərdə də tədris iki dildə - rus və azərbaycan dillərində aparıla bilər. Hazırda ölkənin müxtəlif yerlərində fəaliyyət göstərən Xankəndi, Xocalı, Xocavənd və s. məktəblər də var ki, bunların hər birində doğma torpaqlarına köçəcək  soydaşlarımız  təhsil alacaqlar. Məhz bu səbəbdən Qarabağda rus və azərbaycan dilli məktəblər fəaliyyət göstərməlidir”, - o əlavə edib. 

Siyasi məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Azərbaycanda etnik azlıqlara ibtidai sinifdə öz dillərində təhsil imkanları yaradılır və ermənilər üçün də bu imkanlar mövcud olacaq.

"Azərbaycan vətəndaşlığın qəbul etmiş erməniəsilli sakinlərin uşaqlarına ibtidai sinifdə erməni dilində tədrisə yer verilsə belə, paralel şəkildə ölkənin əsas dili olan Azərbaycan dilinin tədrisi həyata keçirilməlidir”, - ekspert əlavə edib. T
 
Əlibəylinin qeyd edib ki, erməni dilində dərs vəsaitləri  tədrisə buraxıla bilər.

"Mümkündür ki, erməni dilində dərs vəsaitləri tədrisə buraxılsın. Fikrimcə tədrisdə erməni dilində dərs vəsaitlərinin olmaması yanlış olar”, - o vurğulayıb.

Ötən il dekabrın 16-da Qarabağda yaşayan erməni sakinləri üçün "Qaynar xətt” yaradılıb.

Cari il sentyabrın 1-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Qarabağda yaşayan erməni sakinlərinin vətəndaşlıq üçün ərizə ilə müraicət etməli olduqlarını bildirib. 

Bu il sentyabrın 21-də Yevlaxda Qarabağ erməni nümayəndələri arasında görüş keçirilib. Görüşdə renteqrasiya məsələləri müzakirə edilib. 
Azərbaycan tərəfi artıq renteqrasiya ilə bağlı rəsmi sayt yaradıb. Qarabağda yaşayan ermənilər sayt üzərindən qeydiyyatdan keçməklə müraciət edə bilərlər. 

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. Xarici dil olaraq, məktəblərin 3745-də ingilis, 3090-da rus, 344-də fransız, 233-də alman, 16-da ərəb, 8-də isə fars dili tədris olunur.

Azərbaycan Respublikasında azsaylı xalqların dillərinin öyrənilməsi təmin olunur. Belə ki, ölkə üzrə bir sıra bölgələrin ümumtəhsil məktəblərində ləzgi, talış, ivrit, avar, saxur, udin, kürd, xınalıq dilləri tədris olunur. Ləzgi dili I-IX, ivrit dili I-XI, digər dillər isə I-IV siniflərdə tədris edilir. Ləzgi dili 101 məktəbdə (13590 şagird), talış dili 252 məktəbdə (20908 şagird), avar dili 19 məktəbdə (1695 şagird), saxur dili 4 məktəbdə (585 şagird), udin dili 3 məktəbdə (154 şagird), kürd, xınalıq və ivrit dili isə hərəsi 1 məktəbdə tədris edilir. Ümumilikdə milli azlıqlara mənsub 37123 şagird öz ana dilini öyrənir.


Aygün Mirakif


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi rusiyalı həmkarı ilə telefon danışığı aparıb
Dünya 23:08
Əraqçi rusiyalı həmkarı ilə telefon danışığı aparıb
Mirzoyan Brüsselə səfər edəcək
Dünya 22:35
Mirzoyan Brüsselə səfər edəcək
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Dünya 21:30
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol