Paşinyan Azərbaycanın ərazisini tanıyan bəyannamə imzaladı
İspaniyanın Qranada şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında dördtərəfli görüş keçirilib.
Bu barədə xarici KİV xəbər verir.
Danışıqlar Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində baş tutub.
Görüşdə Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisini 86,6 min km² kimi tanıyan bəyannamə imzalayıb.
Avropa liderləri Ermənistan və Azərbaycanı itkin düşənlərin taleyi ilə bağlı problemin həllində əməkdaşlığa və minalardan təmizləmə səylərini asanlaşdırmağa çağırıblar.
Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə iştirakdan imtina edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq