• $
  • £

Rusiya “İsgəndər” ballistik raketi ilə Xarkova zərbələr endirib- ölənlər var- VİDEO

Rusiya “İsgəndər” ballistik raketi ilə Xarkova zərbələr endirib- ölənlər var- VİDEO
06.10.2023 11:20
Rusiya "İsgəndər” ballistik raketi ilə Xarkova zərbələr endirib. Bu barədə CNN məlumat verib.

Bildirilir ki, raket hücumu nəticəsində 51 mülki şəxs həlak olub. İndiyə qədər 31 şəxsin cəsədi müəyyən edilib.

Xarkov vilayət polisinin baş müstəntiqi Sergey Bolvinov CNN-ə Hrozada hücum zamanı yalnız mülki obyektin hədəf alındığını bildirib. 

"Bütün həlak olan insanlar yerli sakinlər və mülki şəxslərdir. Nə bir hərbi obyekt, nə də bir hərbi maşın hədəf alınıb", - baş müstəntiq qeyd edib.

Hazırda Ukrayna Fövqalədə Hallar Xidməti axtarış-xilasetmə işlərini davam etdirir.
 
Cari il aprelin 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutkada 620 rus işğalçısının, həmçinin, gün ərzində Rusiyanın 20 tankı (tammiqyaslı işğalın əvvəlindən 4777), 30 zirehli döyüş maşını (cəmi 9082), 23 artilleriya sistemi (cəmi 6666), 2 MLRS (cəmi 806) itirib, 29 əməliyyat-taktiki səviyyəli PUA (cəmi 5158), 35 ədəd avtomobil texnikası və sistern (cəmi 9015) və 3 ədəd xüsusi texnikanın məhv edildiyini bildirib.

Ötən il martın 1-də Rusiya Silahlı Qüvvələri Axtirka şəhəri yaxınlığında yerləşən hərbi hissəni bombalayıb.

2022-ci il martın 2-də Rusiya Xerson şəhərini ələ keçirdiyini qeyd edib.
 
Rusiya Ukrayna müharibəsi ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində  başlayıb. 
 

 
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mirzoyan Brüsselə səfər edəcək
Dünya 22:35
Mirzoyan Brüsselə səfər edəcək
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Dünya 21:30
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol