• $
  • £

Əliyevlə Paşinyanın Brüsseldə görüşü gözlənilir- Şarl Mişel

Əliyevlə Paşinyanın Brüsseldə görüşü gözlənilir- Şarl Mişel
06.10.2023 12:38
Azərbaycan və Ermənistan liderləri oktyabrın sonunda Brüsseldə görüşə bilərlər. Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib. 
 
Oktyabrın 5-də Qranda görüşündə iki dövlət rəhbərlərinin görüşü barəsində razılıq əldə olunduğu açıqlanmışdı. 
 
"Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün çox iş görmək niyyətindəyik”, - deyə Avropa Şurasının rəhbəri bildirib.
 
Politoloq Amid Əliyev hesab edir ki, Brüssel görüşündə sülh müqaviləsinin imzalanmasına çox var.

"Ermənistan tərəfi Azərbaycanın ərazisini tanımağa razıdır və artıq Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Vaxtilə Vaşinqton görüşlərində Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə olan sənədlərə təhdid və təzyiqlərdən qorxduğu üçün imza atmaq istəmirdi,  lakin Qranada da ilk dəfə bu sənədə imza atdı. Bu səbəbdən Azərbaycan və Ermənistan arasında kritik məsələlərdə problem qalmayıb. Əsas problem ölkənin ərazi bütövlüyünün tanınması, Qarabağ münaqişəsi, suverenlik münaqişəsi idi. Belə olan halda ölkələr arasında sülh ilə bağlı ilkin razılaşma ola bilər. Sülh müqaviləsi imzalanmasına çox məsafə olduğunu düşünürəm lakin, bu istiqamətdə ölkələrin ərazilərinə hörmət etməsi ilə bağlı, hərbi əməliyyatların sonlanması ilə bağlı ümumi bir razılaşma ola bilər”, - politoloq bildirib.

Politoloqun  fikrincə, görüşdə yekun razılaşma olmayacaq.

"Məncə, hazırda yekun bir razılaşma olmayacaq. Yekun razılaşma ilə bağlı fərqli gözləntilər var. Ola bilsin, Rusiyanın moderatorluğu ilə Bişkekdə onunla bağlı addım atılsın və daha sonra davam etdirilsin, Brüssel də yenidən təşəbbüsü öz üzərinə almağa, sülh müqaviləsi məsələsində vasitəçi olmağa çalışsın”, - o vurğulayıb.

Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Qranadada Ermənistan, Fransa, Almaniya liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə keçiriləcək görüşdə iştirakdan imtina edib. 
 
Bundan sonra Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. ki, Azərbaycanın Qranadakı görüşündən imtina etməsi Ermənistanla danışıqlardan imtina etməsi kimi qiymətləndirmək doğru deyil. 
 
Bundan əvvəl Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.
 
Gülnar Nazimqızı

Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mirzoyan Brüsselə səfər edəcək
Dünya 22:35
Mirzoyan Brüsselə səfər edəcək
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Dünya 21:30
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol