• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Şəhriyar Məmmədyarova daha 2 şahmatçımız köməyə gedir

Şəhriyar Məmmədyarova daha 2 şahmatçımız köməyə gedir
05.03.2014 16:13

Martın 13-də Rusiyanın Xantı-Mansiysk şəhərində start götürəcək şahmat üzrə İddiaçılar Turnirinə Şəhriyar Məmmədyarovdan başqa Rauf Məmmədovla Qədir Hüseynov da yollanacaq. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

 

O bildirib ki, Məmmədovla Hüseynov qonşu ölkəyə Məmmədyarova kömək məqsədilə gedəcəklər. Nazir turnirdəki yeganə təmsilçimizin komanda yoldaşlarının bu qərarına çox sevindiyini söyləyib: “Mən sadəcə, bir söz deyə bilərəm. Çox sevinirəm ki, Şəhriyar Məmmədyarovla birgə ona kömək etmək üçün Rauf Məmmədov və Qədir Hüseynov da turnirə yollanır. Bu, onu göstərir ki, uşaqlar həqiqətən də dostdurlar, komanda bir ürək kimi döyünür. Mən onların köməyinə inanıram”.

 

Qeyd edək ki, 8 şahmatçının mübarizə aparacağı İddiaçılar Turniri martın 28-dək davam edəcək.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Xalil Rauntree İçərişəhəri gəzib
İdman 08:58
UFC döyüşçüsü Xalil Rauntree İçərişəhəri gəzib
Azərbaycan-Monteneqro qarşılaşmasından sonra oyunçular arasında kütləvi dava düşüb - Video
İdman 22:46
Azərbaycan-Monteneqro qarşılaşmasından sonra oyunçular arasında kütləvi dava düşüb - Video
Əliyar Ağayev FIFA-dan növbəti təyinat alıb
İdman 13:30
Əliyar Ağayev FIFA-dan növbəti təyinat alıb
Azərbaycan millisi bu gün Latviya ilə üz-üzə gələcək
İdman 09:42
Azərbaycan millisi bu gün Latviya ilə üz-üzə gələcək
Əliyev minifutbol üzrə qalib olan milli komanda ilə görüşüb
İdman 14:36
Əliyev minifutbol üzrə qalib olan milli komanda ilə görüşüb
Makron Fransadakı iğtişaşları pisləyib
İdman 12:43
Makron Fransadakı iğtişaşları pisləyib
Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırılıb - Video -Yenilənib
İdman 22:17
Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırılıb - Video -Yenilənib
Azərbaycanın minifutbol millisi finala yüksəlib
İdman 21:10
Azərbaycanın minifutbol millisi finala yüksəlib
“Qarabağ” Çempionlar Liqasına bu mərhələdən başlayacaq - Rəsmi
İdman 20:50
“Qarabağ” Çempionlar Liqasına bu mərhələdən başlayacaq - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol