• $ 1.7
  • € 1.9536
  • ₽ 0.021656
  • ₺ 0.0428
  • £ 2.2797

Azərbaycan XİN-dən Rusiya prezidentinin köməkçisinə CAVAB

Azərbaycan XİN-dən Rusiya prezidentinin köməkçisinə CAVAB
09.06.2025 23:24

Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iddialarına dair şərhində deyib.

"Təəccüblü hal odur ki, Rusiya Federasiyasının Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. Xatırlatmaq istərdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır.

Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir.

Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub.

Cənab Medinskiyə tövsiyəmiz odur ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməsin", - deyə Hacizadə bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır-İlham Əliyev
Siyasət 09:55
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır-İlham Əliyev
Rəsmi Bakıdan Ermənistan XİN-ə - Cavab
Siyasət 19:37
Rəsmi Bakıdan Ermənistan XİN-ə - Cavab

Azərbaycan XİN Suriyaya başsağlığı verib
Siyasət 15:01
Azərbaycan XİN Suriyaya başsağlığı verib
Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyəti davam edir
Siyasət 14:50
Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyəti davam edir
İsrail soyqırım törətməkdə davam edir - Seyid Cəfər Ağayi
Siyasət 14:39
İsrail soyqırım törətməkdə davam edir - Seyid Cəfər Ağayi
İran XİN ABŞ-ın nüvə obyektlərinə hücumunu kəskin qınadı: BMT-yə təcili tədbir çağırışı
Siyasət 14:35
İran XİN ABŞ-ın nüvə obyektlərinə hücumunu kəskin qınadı: BMT-yə təcili tədbir çağırışı
Prezident İlham Əliyev Yevlaxa səfər edib
Siyasət 11:23
Prezident İlham Əliyev Yevlaxa səfər edib
XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Siyasət 16:06
XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
Siyasət 14:30
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol