• $
  • £

İsraildə hərbi vəziyyət elan edilib

İsraildə hərbi vəziyyət elan edilib
07.10.2023 11:00
İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib.

Bu barədə "əl-Cəzirə” məlumat yayıb.

Bununla əlaqədar ölkədə oktyabrın 7-nə nəzərdə tutulan bütün etiraz nümayişləri təxirə salınıb.

Qeyd olunub ki, raketlər Təl-Əvivdə daxil olmaqla raketlər İsrailin cənub və mərkəz rayonlarına düşməsi nəticəsində ölənlər və yaralananlar var.

Qeyri-rəsmi məlumatlara əsasən, naməlum silahlılar ölkə ərazisinə daxil olublar. Bəzi şəhərlərdə küçə döyüşlərinin getdiyi də vurğulanıb.
Hakimiyyət əhalini sığınacaqdan və təhlükəsiz yerlərdən çıxmamağa çağırır.

Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı "Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib. İsrailin özünü müdafiə ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib.

Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.

İsrail ordusunun əsgərlərindən əsir götürüldüyünə dair xəbərlər də yayılıb. İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olanların kütləvi səfərbərliyini elan edib.

HƏMAS "böyük inqilab"ın başladığını bildirərək İsraildə və onun ətrafında yaşayan ərəbləri birləşməyə çağırıb. İranın dəstəklədiyi "İslami cihad” silahlı təşkilatının rəhbərliyi "Əl-Əksa” əməliyyatına qoşulduğunu açıqlayıb.

"Əl-Cəzirə”nın məlumatına əsasən, İsrail ordusu Qəzzadakı "Ərəz” nəzarət buraxılış məntəqəsinə nəzarəti itirib.

Hərbi əməliyyat ərəb-İsrail müharibəsinin başlamasının 50-ci ildönümünə təsadüf edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mirzoyan Brüsselə səfər edəcək
Dünya 22:35
Mirzoyan Brüsselə səfər edəcək
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Dünya 21:30
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol