• $
  • £

Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir - İsrailin baş naziri - YENİLƏNİB

Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir - İsrailin baş naziri  - YENİLƏNİB
07.10.2023 17:31

Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "X” (tvitter) sosial şəbəkə hesabında yazıb.

O, insanların təmkinli və ağıllı davranmalı olduğunu vurğulayıb:
"Səhər saatlarından İsrail dövləti müharibə vəziyyətindədir. Müharibədə insanlar ağıllı olmalıdır. Mən bütün İsrail vətəndaşlarını ali məqsədimizə - müharibədə qələbəyə nail olmaq üçün birləşməyə çağırıram. Bizim birinci məqsədimiz ərazimizə sızmış düşmən qüvvələri təmizləmək və hücuma məruz qalmış icmalarda təhlükəsizliyi və sabitliyi bərpa etməkdir.

İkinci məqsəd Qəzza zolağında da düşmənə böyük bir dərs verməkdir. Üçüncü məqsədimiz isə başqa cəbhələri gücləndirməkdir ki, heç kim səhvən bu müharibəyə qoşulmasın”.

Bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

12:56

İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu, əməliyyat, döyüş deyil, müharibədir.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə əhalisinə müraciətində deyib.

O, İsrail vətəndaşlarını əmin edib ki, HƏMAS hücuma görə cavab verəcək.

Hökumət başçısı vətəndaşları ordunun və arxa cəbhədəki qurumların tapşırıqlarına əməl etməyə çağırıb.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi rusiyalı həmkarı ilə telefon danışığı aparıb
Dünya 23:08
Əraqçi rusiyalı həmkarı ilə telefon danışığı aparıb
Mirzoyan Brüsselə səfər edəcək
Dünya 22:35
Mirzoyan Brüsselə səfər edəcək
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Dünya 21:30
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol