• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Azərbaycanın Tehrandakı səfirliyi tezliklə işinə başlayacaq - İran XİN rəsmisi

Azərbaycanın Tehrandakı səfirliyi tezliklə işinə başlayacaq - İran XİN rəsmisi
09.10.2023 13:15
Azərbaycanın Tehrandakı səfirliyi açılması ilə bağlı konsensus var  və tezlikdə səfirlik işini bərpa edəcək. Bu barədə Report agentliyi İranın XİN rəsmisi Nasir Kənaniyə istinadan yazıb.  
 
"Bu, iki ölkənin yüksək rütbəli rəsmiləri arasında siyasi, iqtisadi sahədə və Cənubi Qafqazda baş verən hadisələrlə bağlı danışıqların davamı idi. Yaxşı müzakirələr və məsləhətləşmələr oldu. Tehrandakı səəfirliyin açılması ilə bağlı konsensus var və tezliklə səfirlik işini bərpa edəcək", - o bildirib. 
 
Oktyabrın 3-də Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov çərşənbə axşamı axşam saatlarında Tehrana gedib. 
 
Oktyabrın 2-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Chafi deyib ki, İran Azərbaycanın Tehrandakı səfirliyinin yenidən bərpa olunmasını müzakirə etməyi planlaşdırır. 
 
Tehranda Azərbaycan səfirliyində terror aktını törədən şəxslə bağlı İran məhkəməsi tərəfindən yekun qərar qəbul edilməyib. 
 
Oktaybrın 2-də Azərbaycan televiziyası açıqlama yayaraq bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən Yasin Hüseynzadə barəsində İranın Ali Məhkəməsi tərəfindən edam hökmü çıxarılıb. 
 
Tehrandakı terror hadisəsindən sonra Tehranın polis rəisi vəzifəsindən uzaqlaşdırılıb. 
 
Avqustun 8-də İranın baş prokurorunun müavini Mehdi Əmiri İsfahani Azərbaycanda baş prokorur Kamran Əliyevlə görüşündə məlumat verərəkən bildirib ki, Tehranda Azərbaycan səfirliyində baş vermiş terror aktının istintaqı qısa zamanda tamamlanacaq və təqsirli şəxslər layiqli cəzasını alacaq.
 
İyulun 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da açıqlama verərək bildirib ki, Tehranda Azərbaycan səfirliyində törədilən cinayətin səbəbkarına ağır və şiddətli cəza veriləcək. 
 
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.

Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Siyasət 22:15
XİN xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Prezident xocalı ilə bağlı paylaşım edib
Siyasət 21:20
Prezident xocalı ilə bağlı paylaşım edib
Hikmət Hacıyev Türkiyədə Hakan Fidanla görüşüb
Siyasət 20:48
Hikmət Hacıyev Türkiyədə Hakan Fidanla görüşüb
Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib
Siyasət 11:30
Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol