• $
  • £

Lavrov sülhməramlıları nümunə göstərib ABŞ və Avropa İttifaqını tənqid edib

Lavrov sülhməramlıları nümunə göstərib ABŞ və Avropa İttifaqını tənqid edib
10.10.2023 10:09
Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına köməklik edir. Bunu Rusiya xarici işlər naziri Serger Lavrov deyib. 
 
O bildirib ki, sülhməramlılar bunu ABŞ və Avropa İttifaqının qeyri sabitlik yaratdığı bir dövrdə edib.  
 
Qarabağdakı Rusiya sülhməramlı kontingenti (RMC) ABŞ və Aİ qeyri-sabitlik səpdiyi bir vaxtda Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” məqaləsində deyilir .

"İndi Brüssel öz geosiyasi ambisiyalarının qayğısına qalaraq, "vasitəçilik xidmətlərini" Azərbaycan və Ermənistana yükləyir, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur. İndi İrəvan və Bakı liderləri qarşılıqlı tanınma məsələsini öz aralarında həll ediblər. İki ölkənin suverenliyinə görə, dinc həyat qurmağın, etimadın qurulmasının vaxtı çatıb.Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, - Lavrov  "BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” məqaləsində çıxışında bildirib. 
 
Rusiya Müdafiə Nazirliyi son 1 həftə ərzində Qarabağda sülhməramlıların bir neçə postunun bağlanmasını açıqlayıb. 
 
Bundan əvvəl Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, Rusiyanın sülhməramlı missiyası gərgin vəziyyətdə Qarabağda daha çox tələb olunur.
 
 
Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub. 
 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol