• $
  • £

İran ali lideri İsraili hədələdi: Bu "şiddətli sillə" ilə bitəcək

İran ali lideri İsraili hədələdi: Bu
10.10.2023 14:42
Qəzza zolağında aqresiv hərəkətlər İsrailə "şiddətli sillə" ilə bitəcək. Bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailə xəbərdarlıq edərək bildirib. 

Onun sözlərinə görə, HƏMAS-ın İsrail ərazisinə hücumlarından sonra İsrail ordusunun Qəzza zolağındakı hərəkətləri ölkəyə "daha ​​böyük fəlakətlər” gətirəcək.

Xamneyi həmçinin İranın HƏMAS əməliyyatının planlaşdırılmasına kömək etməsi ilə bağlı iddiaları da rədd edib. 

"İsrail rejiminin hazırkı hökuməti günahkardır. Təbii ki, biz Fələstini və onun mübarizəsini dəstəkləyirik” , - Bloomerg İran ali dini liderinə istinadan yazıb.

Bundan əvvəl İran prezidenti İbrahim Rəisi bildirib ki, Tehran İsraillə münaqişənin hazırkı raundunda Fələstinin Həmas hərəkatının hərəkətlərini tam dəstəkləyir.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
Baş verən hadisələr  fonunda İsraildə  800 nəfər ölüb, 2750 nəfər yaralanıb. Qəzzada  isə 510 nəfər öldüyü , 2243 nəfər yaralandığı bildirilir. 
 
Avropa İttifaqı oktaybrın 10-da HƏMAS-ın İsrailə hücumu ilə bağlı fövqəlada iclas keçirəcəyini açıqlayıb. 
 
Aytac 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi rusiyalı həmkarı ilə telefon danışığı aparıb
Dünya 23:08
Əraqçi rusiyalı həmkarı ilə telefon danışığı aparıb
Mirzoyan Brüsselə səfər edəcək
Dünya 22:35
Mirzoyan Brüsselə səfər edəcək
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Dünya 21:30
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol