• $
  • £

Doqquz ayda istehlakçılara qaytarılan məbləğin həcmi açıqlanıb- RƏSMİ

Doqquz ayda istehlakçılara qaytarılan məbləğin həcmi açıqlanıb- RƏSMİ
11.10.2023 10:54
2023-cü ilin doqquz ayında  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təmin olunan müraciətlər nəticəsində 447.038 manat vəsait istehlakçılara geri qaytarılıb, 45.990 manat məbləğində dəymiş ziyan ödənilib. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 50 hüquqi, 14 fiziki şəxs barəsində inzibati xəta barədə protokol tərtib edilib.

Cari ilin yanvar-sentyabrinda istehlakçı hüquqlarının qorunması, təbii inhisarların fəaliyyəti və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ümumilikdə 5082 vətəndaş müraciətinə baxılıb..

Ötən ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olmuş 1881 müraciət təmin olunub, 271.422 manat vəsait istehlakçılara qaytarılıb, 17.763 manat dəyərində dəymiş ziyan ödənilib.

2022-ci ildə xidmətə daxil olan 5570 müraciətə baxılıb və bunlardan 2260 müraciət təmin olunub. Nəticədə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib.

Ötən ildə antiinhisar və haqsız rəqabət halları üzrə ümumilikdə 60 iş qaldırılıb, 48 işə baxılması başa çatdırılıb. Nəticədə, təqribən 6,5 milyon manata yaxın maliyyə sanksiyası tətbiq edilib.

2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 111 qurum akkreditə edilib, 17 qurumun akkreditasiya sahəsi genişləndirilib. Ötən il ərzində sahibkarlıq subyektlərinə 61 mindən çox mənşə sertifikatı verilib.
 
İstehlakçıların elektrik, su, qaz, istilik təchizatı, telefon, internet, poçt rabitəsi, dəmiryolu, hava yolu nəqliyyatı və digər xidmətləri göstərən təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı müraciətləri də yuxarıda qeyd olunan göstəricilərə daxildir.

Aytac Zeynalova





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol