• $
  • £

“Birbank” tələbə təqaüdü proqramının qalibləri bəlli oldu

“Birbank” tələbə təqaüdü proqramının qalibləri bəlli oldu
11.10.2023 12:38
Təhsil yönümlü layihələrə və peşəkar kadrların inkişafına böyük önəm verən ölkənin birinci bankı Kapital Bank tələbələr  üçün "Birbank” təqaüd proqramı elan etmişdi. Proqrama müraciət edən 3000 tələbədən 15 nəfəri  "Birbank təqaüdçüsü” adını qazanıb və onlara ayda 300 AZN təqaüd veriləcək. Seçilmiş tələbələr ölkənin 8 ali məktəbində kompüter elmləri, informasiya texnologiyaları, maliyyə, hüquq, iqtisadiyyat və digər sahələr üzrə təhsil alırlar. 

Proqram tələbələrə aylıq təqaüd almaqla yanaşı, Kapital Bank-da təcrübə keçmək, təlimlərə qatılmaq şansı da verir. Xatırladaq ki, təqaüd proqramına 3-cü kursda oxuyan, universitetə qəbul balı 550 və daha yuxarı, təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan gənclər qoşulublar. Seçim prosesi bir neçə mərhələdə təşkil edilib və onlayn müraciət, qrup tapşırığı, imtahan və müsahibə mərhələlərindən uğurla keçən tələbələr "Birbank təqaüdçüsü” adını qazanıblar. 

Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, "Azərbaycan üçün öyrət”, "Təhsil Avtobusu”, "Sabah” qrupları ilə layihələrdə iştirak, o cümlədən UNEC, ADNSU, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol