Ermənistanın Ayakve" qrupu Qarabağı tanımamaqla bağlı parlamentə təklif göndərib

Ermənistanın "Ayakve" təşəbbüs qrupu 58 min vətəndaşın imzası ilə Qarabağı Azərbaycan ərazisi kimi tanımaması ilə bağlı məsələni ölkə parlamentinə göndərib. Bu barədə Tacc agentliyi məlumat yayıb.
Bildirilib ki, təşəbbüsün rəhbəri ictimai xadim Avetik Çalabyan bildirib.
İmzalar parlamentə təqdim edilməzdən əvvəl Mərkəzi Seçki Komissiyasına göndərilib və orada onların həqiqiliyi təsdiqlənib. Bu prosedurdan sonra məsələ qanunla parlamentin gündəliyinə salınacaq. Əgər bu qanun layihəsi parlamentarilərin əksəriyyəti tərəfindən rədd edilərsə, o zaman konstitusiyaya görə, təşəbbüs qrupu referendum keçirmək üçün 300 min imza toplaya bilər.
Ermənistanın baş naziri Nikol Paşinyanın "Mülki müqavilə” partiyası artıq bu qanun layihəsini qəbul etməyəcəyini bəyan edib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdğını dəfələrlə bəyan edib.
Sentyabrın 19-də Azərbaycan Müdafiə Nazirliyi Qarabağda antiterror əməliyyatların başladığını elan edib. Sentyabrın 20-də Qarabağdakı separatçı rejim ağ bayraq qaldıraraq təslim olunduğunu açıqlayıb və tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub.
Sentyabrın 28-də Qarabağın qondarma "başçısı"Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib.
Bundan əvvəl Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.
Gülnar Nazimqızı
Sentyabrın 28-də Qarabağın qondarma "başçısı"Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib.
Bundan əvvəl Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər