• $
  • £

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı açıqlanıb

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı açıqlanıb
11.10.2023 14:54
2023-cu ilin sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1706,6 min nəfər olub.  Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 
 
Məlumata görə, onlardan 887,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bildirilir ki, muzdla işləyənlərin 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,8%-i təhsil, 12,8%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,4%-i tikinti, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2022-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 min nəfər və ya 1,6 faiz artaraq 1732,5 min nəfər olub ki, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 
 
Aytac Zeynalova 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol