BTC-nin Yevlaxdakı nasos stansiyası gündəlik nə qədər neft hasil olunur- Açıqlama
Yevlaxda yerləşən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin ikinci nasos stansiyası orta hesabla gündəlik 620 min barel neft hasil edilib. Bu barədə BTC-nin sahə meneceri Rəşad Məmmədov BP şirkətinin KİV nümayəndələrinin sosial sərmayə layihələri və Yevlax nasos stansiyasına təşkil olunmuş mediaturda bildirilib.
O vurğulayıb ki, nasos stansiyasında 4 neftvurma qurğusu mövcuddur, bunun 3-ü işləkdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 milyon tondan çox (4,1 milyard barel) xam neft nəql edilib.
2023-cü ilin birinci yarısında "Bakı-Tbilisi-Ceyhan" (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59 milyon dollar, əsaslı xərclərə isə 18 milyon dollar vəsait sərf olunub.
BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox